Monday, 17 January 2022, 04:14:48 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Missiyası Bişkekdə görüşlər keçirib

26 noyabr 2021-ci il tarixində TÜRKPA Seçki Müşahidə Missiyası öz müşahidə proqramı çərçivəsində Qırğız Respublikasında parlament seçkilərində iştirak edən siyasi partiyaların rəsmiləri ilə görüşmüşdür.

Siyasi partiya nümayəndələri öz seçki platformaları və qarışıq sistem əsasında keçirilən qarşıdan gələn 28 noyabr 2021-ci il parlament seçkilərindən gözləntilərinə dair TÜRKPA müşahidəçilərinə məlumat vermişdir.

27 noyabr tarixində, Missiya Qırğız Respublikası Joqorku Keneşinin sədrinin vəzifələrini icra edən, Parlamentin sədr müavini Aida Kasımaliyeva ilə görüş keçirmişdir.

Xanım Kasımaliyeva ədalətli, demokratik və şəffaf seçkilərin keçirilməsində TÜRKPA missiyaları tərəfindən seçkilərin müşahidəsinin əhəmiyyətini vurğulamışdır. O, seçkilərə hazırlıq və parlament üzvlərinin seçilməsinin qarışıq sistemi və proporsional sistem əsasında seçkilərdə iştirak edən siyasi partiyalar üçün kvotalarla bağlı tənzimləyici çərçivə daxil olmaqla, qarşıdan gələn parlament seçkilərinin əsas xüsusiyyətləri barədə Missiyaya məlumat vermişdir.

Daha əvvəl, 25 noyabr tarixində Missiya, həmçinin Qırğız Respublikasının Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova ilə görüş keçirmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar