Friday, 30 September 2022, 14:19:22 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Qazaxıstanın xarici işlər nazirinin birinci müavini ilə görüşüb

Baş katib Qazaxıstanın xarici işlər nazirinin birinci müavini ilə görüşüb

23 noyabr 2021-ci il tarixində TÜRKPA Baş katibi Mehmet Süreyya Er Qazaxıstanın xarici işlər nazirinin müavini Şaxrat Nurişev ilə görüşüb.

Nazir müavini baş katibi TÜRKPA-nın 13-cü ildönümü, eləcə də fəaliyyətinin icrasına başlaması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzu edib.

Tərəflər əməkdaşlıq məsələlərini müzakirə etmiş və Assambleyanın Qazaxıstanın Sədrliyi dövründə gələcək fəaliyyəti haqqında fikir mübadiləsi aparmışdır.

Baş katib öz növbəsində Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsləri ilə yaradılmış Türk əməkdaşlıq qurumlarının birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Xarici işlər nazirinin müavini TÜRKPA-nın ötən dövr ərzində əldə etdiyi mühüm nailiyyətləri qeyd etməklə, Qazaxıstanın Assambleyanın fəaliyyətinə bundan sonra da hərtərəfli dəstəyini davam etdirəcəyini bildirib.