Friday, 30 September 2022, 14:27:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA və ƏTİT arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr 2021-ci il tarixində TÜRKPA baş katibi Mehmet Süreyya Er və Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru Yerlan Baydaulet iki təşkilat arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.

Tərəflər öz təşkilatları tərəfindən həyata keçirilən əsas vəzifələr və fəaliyyətlər barədə qarşılıqlı olaraq məlumat vermiş, müvafiq sahələrdə qarşılıqlı əməkdaşlıq potensialını qeyd etmiş, əməkdaşlığın miqyasını müəyyən edən və gələcəkdəki birgə fəaliyyətlərin həyata keçirilməsinə töhfə verəcək Memorandumun əhəmiyyətini vurğulamışdır.