TÜRKPA QDİƏT PA-nın 58-ci Baş Assambleyasında iştirak edib
22 noyabr 2021-ci il tarixində TÜRKPA Baş katibinin müavini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) virtual formatda keçirilən 58-ci Baş Assambleyasında iştirak edib.
Tədbir QDİƏT PA üzv ölkələrinin parlament nümayəndələri, müşahidəçi təşkilatlar və qonaq qurumları bir araya gətirmişdir.
Plenar iclasın açılışını QDİƏT PA-nın Prezidenti xanım Kristina-Madalina Pruna etmişdir. Gündəliyin bəndlərinə sədrliyin rotasiyası, QDİƏT PA komitələrinin hesabatları və tövsiyələri, eləcə də QDİƏT və onun aidiyyəti qurumları və sektoral dialoq üzrə tərəfdaşlarının fəaliyyəti haqqında məlumat daxil olmuşdur.