Friday, 30 September 2022, 14:30:37 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA İstanbulda konsert proqramına qatılıb

13 noyabr 2021-ci il tarixində TÜRKPA baş katibi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun birgə təşkil etdiyi Azərbaycanın İkinci Qarabağ müharibəsində Böyük Zəfərinin ildönümünə və Azərbaycanın və bütün Türk dünyasının böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsertdə iştirak edib.

Tədbirin keçirilməsində məqsəd müxtəlif ölkələrdən olan tamaşaçıları dahi şairin zəngin irsi ilə tanış etmək və Azərbaycanın Böyük Zəfərini qeyd etmək olub.