Friday, 30 September 2022, 13:12:27 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA 25-ci Beynəlxalq Biznes Forumun açılış mərasimində iştirak edib

15 noyabr 2021-ci il tarixində TÜRKPA baş katibinin müavini Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumun açılış mərasiminə qatılıb.

Tədbirdə 30-a yaxın ölkədən hökumət rəsmiləri, beynəlxalq təşkilatlar, diplomatik korpus, ticarət palataları, biznes assosiasiyalarının nümayəndələri və xarici investorlar iştirak ediblər.

Forumun əsas məqsədi ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, dayanıqlı əməkdaşlıq modellərinin yaradılması, Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması üçün sərmayələrin cəlb edilməsidir.