Thursday, 29 September 2022, 15:41:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib

11 noyabr 2021-ci il tarixində TÜRKPA baş katibi Türk Şurasının 8-ci Zirvə görüşü çərçivəsində, İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmişdir.

İclasda Türk Şurasına üzv ölkələrin, eləcə də Türkmənistanın, Macarıstanın xarici işlər nazirləri və türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak etmişdir. Görüşdə Azərbaycan tərəfi sədrliyi Türkiyə Respublikasına təhvil vermişdir.

Baş katib Mehmet Süreyya Er öz çıxışında türkdilli dövlətlərin müstəqilliyinin 30-cu ildönümünə təsadüf edən 8-ci Zirvə görüşünü qardaş üzv ölkələr arasında birlik və əməkdaşlıq ruhunun gücləndirilməsi baxımından dönüş nöqtəsi kimi qeyd etmişdir. Baş katib Assambleyanın cari və gələcək fəaliyyəti haqqında məlumat vermiş və TÜRKPA-nın türk əməkdaşlığının parlament ölçüsü kimi üzərinə düşən vəzifələri yerinə yetirməklə bağlı öhdəliyini bir daha təsdiq etmişdir.

Nazirlər noyabrın 12-də keçiriləcək dövlət başçılarının Zirvə görüşü zamanı gündəliyə dair müvafiq sənədləri və imzalanacaq Zirvə Bəyannaməsini yekunlaşdırmışdır.