Monday, 23 May 2022, 00:21:37 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Ankarada “Qazaxıstan Yolu. Türk birliyi” adlı sərgidə iştirak edib

5 noyabr 2021-ci il tarixində TÜRKPA baş katibinin müavini dövlət və ictimai xadimlərin, beynəlxalq təşkilatların, diplomatik missiyaların, Qazaxıstan və Türkiyənin elmi və akademik dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən "Türk Dünyası: tarix, müasirlik, gələcək" mövzusunda beynəlxalq konfransda iştirak edib.

Türkiyə Prezidentinin baş məsləhətçisi Yalçın Topçu, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Şurasının baş katibinin müavini Sultan Rayev, TÜRKPA baş katibinin müavini Talqat Aduov, Beynəlxalq Türk Akademiyasının Vitse Prezidenti Füzuli Məcidli, Qazaxıstan Respublikasının Türkiyə Respublikasındakı səfiri Abzal Saparbekulı, Türkiyə Prezidenti Administrasiyası yanında Milli Kitabxananın direktoru Ayxan Tuğlu, Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Kitabxanasının direktoru Bakıtjan Temirbolat və “Elbası Akademiyası” korporativ fondunun sədr müavini Anuar Janqozin konfransda çıxış edib.

İştirakçılar Türk sivilizasiyasının tarixi, mədəni və mənəvi irsinin dirçəliş proseslərini, Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası, Türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin türk xalqlarının birliyi, həmçinin Türk dünyasının dinamik inteqrasiyasının möhkəmləndirilməsində rolunu və töhfəsini müzakirə ediblər.

Konfransdan öncə bu layihə çərçivəsində “Qazaxıstan yolu. Türk Birliyi” mövzusunda Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Kitabxanasının Elbası Akademiyası ilə birgə təşkilatçılığı və Qazaxıstan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, eləcə də Türkiyə Respublikası Prezidenti Administrasiyasının dəstəyi ilə Türkiyə Respublikasının Prezidenti Administrasiyası yanında Milli Kitabxanada Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş sərginin açılışı baş tutub.

“Qazaxıstan yolu. Türk Birliyi” sərgisi bir ay ərzində Ankara sakinləri və qonaqları üçün açıq olacaq.