Monday, 23 May 2022, 00:06:59 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib millət vəkilinin kitabının təqdimatında iştirak edib

5 noyabr 2021-ci il tarixində TÜRKPA Baş katibi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun evsahibliyi ilə Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə həsr edilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimat mərasimində iştirak edib.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Məlahət İbrahimqızının müəllifi olduğu kitabda Azərbaycan və Türkiyə Prezidentlərinin iki ölkə arasındakı əlaqələrin yüksək mərhələyə çatmasındakı xidmətləri əks olunub.

Tədbirdə rəsmilər, Türkiyə Böyük Millət Məclisinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, beynəlxalq təşkilatların, diplomatik korpusun rəhbər və nümayəndələri, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər.

Kitabın rəyçiləri Ankara Universitetinin rektoru Nejdet Ünüvar, Milli Məclisin üzvü Əhliman Əmiraslanov, redaktoru isə TBMM Komissiya sədri Öznür Çalıkdır.