Wednesday, 08 December 2021, 18:51:16 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğız Respublikasının səfiri TÜRKPA Katibliyini ziyarət edib

2021-ci ilin 14 oktyabr tarixində Baş katib Altınbek Mamayusupov TÜRKPA Katibliyində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Kayrat Osmonaliyev ilə görüşüb. Baş katib Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması münasibətilə Kayrat Osmonaliyevi təbrik edib və ona məsul vəzifəsində uğurlar arzulayıb.

Görüş zamanı baş katib səfirə Assambleyanın fəaliyyətləri, TÜRKPA-nın Türkistan şəhərində keçirilmiş son plenar iclasında mühüm hüquqi sənədləri qəbul edilməsi barədə məlumat vermiş və qeyd etmişdir ki, bu sənədlər TÜRKPA-nın fəaliyyəti çərçivəsində parlament qruplarının formalaşdırılması üçün zəmin təşkil edir.

Öz növbəsində səfir Kayrat Osmonaliyev Səfirliyin işi və Qırğızıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə istiqamətlənmiş fəaliyyətlərə dair məlumat vermişdir.

Tərəflər Katiblik və Səfirlik arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.

Həmçinin TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının katibi Kunduz Rustembekova və Qırğız Respublikası Səfirliyinin müşaviri Muxamed Lou görüşdə iştirak ediblər.