Wednesday, 08 December 2021, 19:17:18 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Altınbek Mamayusupov AQFETM-in icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb

2021-ci ilin 11 oktyabr tarixində baş katib Altınbek Mamayusupov Nur-Sultanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) xarici işlər nazirlərinin 6-cı iclası çərçivəsində AQFETM-in icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.

Görüş zamanı tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər. TÜRKPA ilə AQFETM arasında əməkdaşlığın konkret mexanizmlərindən geniş istifadə olunmasına toxunan baş katib AQFETM-in fəaliyyəti çərçivəsində yaradılacaq Təhlil Mərkəzi Forumu ilə qarşılıqlı fəaliyyətdə maraqlı olduğunu bildirmişdir.

Tərəflər əməkdaşlığın gələcək perspektivləri və mümkün birgə fəaliyyətlərə dair fikir mübadiləsi aparmışdır.