Sunday, 25 September 2022, 05:05:28 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 6-cı iclası keçirilib

Ətraf mühit və təbii ehtiyatlar üzrə komissiyanın 6-cı iclası 2021-ci il sentyabrın 20-də Komissiya üzvlərinin və TÜRKPA Katibliyinin nümayəndələrinin iştirakı ilə virtual formatda keçirilib.

İclasa Komissiya sədri və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik etmişdir. Görüş zamanı iştirakçılar "Su ehtiyatları və torpaqların idarə edilməsi" mövzusunda müzakirə aparmışdır.

Komissiya üzvləri 27-28 sentyabr 2021-ci il tarixində, Qazaxıstanın Türkistan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar iclasına təqdim olunacaq hesabat məruzəsi və tövsiyə qərarlarını, həmçinin Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında model qanun layihəsini müzakirə etmiş və təsdiqləmişdir.