Sunday, 25 September 2022, 06:23:38 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKSOY Daimi Şurasının 38-ci iclası Xivə şəhərində baş tutub

2021-ci ilin 16 sentyabr tarixində baş katib Altınbek Mamayusupov Özbəkistanın Xivə şəhərində baş tutmuş TÜRKSOY Daimi Şurasının 38-ci iclasında çıxış edib.

İclasdan öncə “Xivə 2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı” açılış mərasimi təşkil edilmişdir. Üzv ölkələrin mədəniyyət nazirləri, beynəlxalq təşkilatların və milli elmi dairələrin nümayəndələri tədbirdə iştirak edib.

Çıxışı zamanı baş katib Türk mədəni irsinin dərindən araşdırılması, sonrakı nəslə ötürülməsi və təşviqinin əhəmiyyətini vurğulayaraq, bu baxımdan 2012-ci ildən TÜRKSOY tərəfindən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinə toxunmuşdur. O, xüsusən Balkan və Afrika ölkələri kimi digər regionlarda tədbirlərin təşkili ilə Türk dünyasının tanınmasının artırılmasında TÜRKSOY-un rolunu qeyd etmişdir. İki təşkilat arasında sıx koordinasiyanı qeyd edən cənab Mamayusupov üzv ölkələr arasında mədəni əməkdaşlığın inkişafına yönəlmiş TÜRKPA fəaliyyətləri barədə məlumat vermişdir.

Daimi Şura bir sıra əhəmiyyətli qərarlar qəbul etmişdir. Türkiyənin Bursa şəhəri 2022-ci il Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Həmçinin 2022-ci il 100-cü ildönümləri münasibətilə Azərbaycan bəstəkarı Fikrət Əmirov və qırğız mədəniyyət xadimi Toktobolot Abdumomunov ili və ölümünün 600-cü ildönümündə türk alim və şairi Süleyman Çələbini anma ili elan olunmuşdur.