Saturday, 24 September 2022, 19:46:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA AQFETM-in brifinqində iştirak edib

2021-ci ilin 8 sentyabr tarixində baş katibin müavini Talqat Aduov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) üzv ölkələrinin missiya başçıları, müşahidəçi ölkələr, müşahidəçi və tərəfdaş təşkilatlar üçün Qazaxıstan Respublikası xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev tərəfindən keçirilən brifinqdə iştirak edib.

Hibrid formatda baş tutan brifinq AQFETM üzv ölkələri xarici işlər nazirlərinin 2021-ci ilin 11-12 oktyabrında keçiriləcək 6-cı iclasının gündəliyinə və AQFETM-in beynəlxalq təşkilata çevrilməsi perspektivlərinə həsr edilmişdir.

TÜRKPA 2012-ci ildən AQFETM-də müşahidəçi statusa malikdir. Assambleya iki qurum arasında inkişaf etməkdə olan əməkdaşlıq fonunda AQFETM-in beynəlxalq təşkilata çevrilməsi təşəbbüsünü müsbət qiymətləndirir.