Saturday, 24 September 2022, 21:19:45 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib ATƏT PA-nın prezidenti ilə görüşüb

2021-ci ilin 7 sentyabr tarixində, Vyanada davam edən Parlament Sədrlərinin 5-ci Ümumdünya Konfransı çərçivəsində baş katib Altınbek Mamayusupov ATƏT Parlament Assambleyasının prezidenti Marqareta Sederfelt ilə görüşüb.

Görüş zamanı xanım Sederfelt ATƏT PA-nın TÜRKPA üzv ölkələri ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulamış və bu baxımdan, ATƏT PA-da müşahidəçi statusun əldə edilməsi məqsədilə TÜRKPA tərəfindən atılan addımları müsbət qiymətləndirmişdir.

Tərəflər qarşılıqlı fəaliyyətin genişləndirilməsi ehtiyacını qeyd edərək, iki assambleya arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.