Sunday, 25 September 2022, 05:51:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA APA-nın ətraf mühit üzrə məşvərət iclasına qatılıb

2021-ci ilin 12 iyul tarixində Baş katibin müavini Ali Yıldız və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasınıb katibi Emin Həsənov Aralıq Dənizi Parlament Assambleyası (APA) tərəfindən təşkil edilmiş ətraf mühitin mühafizəsi və iqlim siyasəti üzrə onlayn məşvərət iclasında iştirak edib.

APA üzv ölkələrindən parlamentarilər, beynəlxalq təşkilatlar, BMT-nin əlaqəli təşkilatları və ətraf mühit üzrə qurumlarının nümayəndələri, yüksək səviyyəli ekspertlər iclasa qatılmışdır.

APA Prezidenti Cennaro Milyore və təşçilatın baş katibi Serjio Piazzi tədbirdə açılış nitqi ilə çıxış edib. İclasda davamlı enerji təchizatı və istifadəsi, biomüxtəliflik və təbiət yönümlü həllər, urbanizasiya və ekoloji cəhətdən təhlükəsiz hərəkət, dayanıqlı sahil idarəetməsi kimi sahələr müzakirə edilmişdir.