Saturday, 24 September 2022, 21:16:24 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Katibliyində dəyirmi masa çərçivəsində Qırğızıstan haqqında kitabların təqdimatı baş tutub

2021-ci ilin 3 iyul tarixində TÜRKPA Katibliyində keçirilən “Azərbaycan və Qırğızıstan: Nailiyyətlər və əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa çərçivəsində “Qırğızlar” kitabının (Azərbaycan dilinə tərcümə edilmiş) təqdimatı baş tutub.

Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Kanıbek İmanaliyevin müəllifi olduğu kitab qırğız xalqının tarixi, mədəniyyəti və irsinə həsr edilmişdir.

Eyni zamanda, tədbir çərçivəsində azərbaycanlı ədəbiyyatşünas və şair Adil Cəmilin müəllifi olduğu “Manas” kitabının da təqdimatı keçirilmişdir.