Saturday, 24 September 2022, 20:55:51 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Katiblikdə Azərbaycan-Qırğızıstan əməkdaşlığına həsr edilmiş dəyirmi masa keçirilib

“Azərbaycan və Qırğızıstan: Nailiyyətlər və əməkdaşlıq perspektivləri” mövzusunda, ölkələrin müstəqilliklərinin 30-cu ildönümünə həsr edilmiş dəyirmi masa 2021-ci ilin 3 iyul tarixində TÜRKPA Katibliyində keçirilmişdir.

Hər iki ölkədən parlamentarilər, elmi dairələrin və Katibliyin nümayəndələri dəyirmi masada iştirak edib.

Baş katib Altınbek Mamayusupov, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, bu qrupun üzvləri Nizami Cəfərov və Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku Keneşinin Beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədr müavini Kanıbek İmanaliyev dəyirmi masada çıxış ediblər.

Qonaqları salamlayan baş katib üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində Assambleyanın roluna toxunaraq, bu kontekstdə onun fəaliyyətlərinə dair məlumat vermişdir.

İştirakçılar ortaq köklərin və mədəni yaxınlığın türkdilli ölkələr arasında əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin təşkil etdiyini bildiriblər. Son 30 ildə ölkələrin əldə etdiyi nailiyyətləri qeyd edərək iştirakçılar iki qardaş ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparmışdır.