Sunday, 25 September 2022, 05:17:09 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Buxarada “DİM-ə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq” mövzusunda Forumda iştirak edib

2021-ci ilin 23-24 iyun tarixlərində üzv ölkələrin parlamentariləri və Katibliyin nümayəndələrindən ibarət TÜRKPA nümayəndə heyəti Özbəkistanın Buxara şəhərində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq” mövzusunda beynəlxalq forumda iştirak edib.

Forum Özbəkistan Respublikasının Oliy Majlisi, Nazirlər Kabineti, İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi və Özbəkistanda BMT agentlikləri tərəfindən birgə təşkil edilmişdir. Parlament sədrləri və üzvləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, ekspertlər tədbirdə iştirak edib.

Özbəkistan Oliy Majlisi Senatının sədri Tanzila Narbayeva Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyevin forum iştirakçılara müraciətini səsləndirmişdir. Senatın sədri Tanzila Narbayeva, Özbəkistan Oliy Majlisi Qanunvericilik Palatasının spikeri Nurdinjon İsmoilov, Pİ baş katibi Martin Çunqonq, ATƏT PA prezidenti Piter Lord Bauness, TÜRKPA baş katibi Altınbek Mamayusupov, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri İsmet Uçma, APA baş katibi Məhəmməd Reza Məcidi, BMT-nin Özbəkistandakı rezident əlaqələndiricisi Helena Freyzer açılış mərasimində çıxış ediblər. Həmçinin forumda BMT İqtisadi və Sosial Şurasının sədri Akram Munirin videomüraciəti nümayiş olunmuşdur.

Çıxışı zamanı baş katib Altınbek Mamayusupov Özbəkistanın Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusən gender, qadınların rolunun artırılması, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf kimi məsələlərə göstərdiyi xüsusi diqqəti qeyd etmişdir. Özbəkistanın DİM-ə nail olunması, bütövlükdə regionun inkişafındakı əhəmiyyətli töhfəsini vurğulayan cənab Mamayusupov, həmçinin onun Assambleyanın fəaliyyətlərində iştirakının türkdilli ölkələr arasında əməkdaşlığın gələcək inkişafına töhfə verəcəyini diqqətə çatdırmışdır.

O, DİM-ə nail olunmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolunu qeyd edərək, TÜRKPA-nın bu istiqamətdə digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Recep Şeker və Osman Mesten tematik sessiyalarda müvafiq olaraq “Türkiyənin milli inkişaf strategiyaları kontekstində səhiyyə transformasiya modeli” və “Gənclər parlamenti. Türkiyə təcrübəsi” mövzularında çıxış ediblər.

Forum Özbəkistan Respublikasının Oliy Majlisi, Nazirlər Kabineti, İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi və Özbəkistanda BMT agentlikləri tərəfindən birgə təşkil edilmişdir. Parlament sədrləri və üzvləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, ekspertlər tədbirdə iştirak edib.

Forumda müzakirələr, əsasən DİM-nin effektiv həyata keçirilməsinin təmin olunmasında parlamentlərin rolu, onun maliyyələşdirilməsi, bu istiqamətdə statistik göstəricilərin yaradılması, vətəndaş cəmiyyəti institutlarının və ictimaiyyətin iştirakı, parlament nəzarəti və qiymətləndirməsi, parlamentlərin qlobal tərəfdaşlığı kimi məsələlərə istiqamətlənmişdir.