Sunday, 25 September 2022, 05:28:16 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Özbəkistan Parlamenti Senatının sədri ilə görüşüb

2021-ci ilin 24 iyun tarixində, Özbəkistan Respublikası Oliy Majlisi Senatının sədri Tanzila Narbayeva “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında qlobal parlamentlərarası əməkdaşlıq” mövzusunda beynəlxalq Forumda iştirak edən TÜRKPA nümayəndə heyətini qəbul edib.

Sədr Özbəkistanın türkdilli ölkələrlə əlaqələrin gücləndirilməsinə, xüsusən siyasi, iqtisadi, mədəni, o cümlədən turizm və idman kimi digər prioritet sahələrdə əməkdaşlığın inkişafına verdiyi böyük önəmi vurğulamışdır.

Nümayəndə heyəti səmimi qonaqpərvərliyə və Forumun yüksək səviyyə təşkilinə görə minnətdarlığını bildirərək, belə tədbirlərin keçirilməsinin parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə, həmçinin ölkənin mədəniyyəti və irsinin dünyada tanıdılması və təşviqinə mühüm töhfə verdiyini qeyd etmişdir.

Tərəflər Özbəkistanın Assambleyaya qoşulmasını müzakirə etmişdir.