Saturday, 24 September 2022, 19:49:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib “Türkistan – Türk dünyasının beşiyi” mövzusunda gənclər zirvəsində çıxış edib

2021-ci ilin 22 iyun tarixində baş katib Altınbek Mamayusupov “Türkistan – Türk dünyasının beşiyi” mövzusunda keçirilən gənclər zirvəsinin plenar iclasında onlayn formatda çıxış edib.

Qazaxıstan Respublikasının İnformasiya və Sosial İnkişaf Nazirliyinin dəstəyi ilə baş tutan tədbir türkdilli ölkələrdən gənc liderləri və fəalları bir araya gətirir.

Zirvə görüşünün plenar iclasında Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev, Qazaxıstan Respublikasının İnformasiya və sosial inkişaf naziri Aida Balayeva, eləcə də Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri çıxış edib.

Maulen Aşıimbayev Türkistanın Türk dünyası tarixində xüsusi rolunu qeyd edib. O, türkdilli ölkələr arasında əməkdaşlıqda gənclərin iştirakınnı önəminə toxunaraq, elm və texnologiya əsrində böyük sivilizasiyanın nəsilləri və nümayəndələri kimi gənclərin bu proseslərdə xüsusi bir məsuliyyətinin olduğunu bildirmişdir.

Çıxışı zamanı baş katib Altınbek Mamayusupov Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin diqqəti və Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin Türk mədəniyyəti və irsini təşviq və qlobal təqdimatı səyləri sayəsində Türkistanın sürətlə inkişaf etməkdə olduğunu bildirmişdir. Baş katib TÜRKPA-nın qərarların qəbul edilməsi prosesində gənclərin fəal iştirakına xüsusi əhəmiyyət verdiyini qeyd edərək, üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafında gənclərin rolunu vurğulamışdır.