Thursday, 29 September 2022, 14:43:12 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib "Türk dünyası: tarixi və mədəni irs" mövzusunda konfransda iştirak edib

8 yanvar 2021-ci ildə Baş katib Altınbek Mamayusupov Nur-Sultan şəhərində Türk Akademiyası tərəfindən təşkil edilmiş "Türk dünyası: tarixi və mədəni irs" mövzusunda beynəlxalq konfransda çıxış edib. Tədbirdə Qazaxıstan Parlamentinin üzvləri, səfirlər, türkdilli ölkələrin Elmlər Akademiyalarının rəhbərləri, ictimai xadimlər, habelə dünyanın müxtəlif regionlarından elmi dairələrin nümayəndələri iştirak etmişdir.

Həmçinin konfrans zamanı xalqlarımızın zəngin mədəni irsini əks etdirən və məşhur səyahətçilər tərəfindən hazırlanmış 200-dən çox tarixi xəritəni əks etdirən Türk dünyası Atlasının da təqdimatı keçirilmişdir.

Çıxışı zamanı Baş katib türk xalqlarının dünya mədəniyyəti və elminə verdiyi böyük töhfələri qeyd etmişdir. Baş katib, xüsusilə, qlobal problemlərlə üzləşən, dialoq və qarşılıqlı fəaliyyətin böyük əhəmiyyət kəsb etdiyi müasir dövrdə regionda sülh və sabitliyə töhfə vermək baxımından türkdilli ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Bu əməkdaşlıq proseslərində TÜRKPA-nın rolunu qeyd edərək cənab Mamayusupov Assambleyanın aparıcı beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlığına da toxunmuşdur.

Türkdilli ölkələrdə etnik, mədəni, dini və dil müxtəlifliyinə əsaslanan sülh və harmoniya şəraitinə diqqəti cəlb edərək Baş katib dinc birgəyaşayışın unikal Qazaxıstan modelini qeyd etmişdir.