Monday, 23 May 2022, 00:00:23 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA və Aralıq Dənizi Ölkələri Parlament Assambleyası anlaşma memorandumu imzalamışdır

16 dekabr 2020-ci il tarixində TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov və Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının (ADÖPA) Baş katibi cənab Sergio Piazzi iki təşkilat arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Tərəflər təşkilatlar arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək müntəzəm məlumat mübadiləsinin, məsləhətləşmələrin və mümkün birgə fəaliyyətin həyata keçirilməsinə töhfə verəcək memorandumun əhəmiyyətini vurğulamışdır.

TÜRKPA və ADÖPA arasında əməkdaşlıq təhlükəsizlik və terrorizmə qarşı mübarizə, ticarət və investisiya, davamlı inkişaf, yaxşı idarəçilik və qanunun aliliyi, mədəni və sosial məsələlər, ətraf mühitin mühafizəsi, habelə böhran idarəçiliyi və COVID-19 pandemiyasına qarşı mübarizə kimi qarşılıqlı maraq kəsb edən sahələri əhatə edəcəkdir.