Monday, 23 May 2022, 01:04:41 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Monqolustan səfiri TÜRKPA Katibliyini ziyarət edib

9 dekabr 2020-ci ildə Baş katib Altınbek Mamayusupov Azərbaycana səfəri çərçivəsində Monqolustanın Azərbaycan Respublikasındakı səfiri (qeyri-rezident) cənab Bold Ravdanla görüşüb.

Baş katib türkdilli ölkələrin ortaq mədəni və tarixi irsi paylaşdıqları Monqolustanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edib. O, səfirə Assambleyanın tarixi, missiyası, məqsəd və vəzifələri, habelə cari fəaliyyətləri və gələcək tədbirlər barədə məlumat vermişdir.

Öz növbəsində, cənab Ravdan Monqolustanın Türk institusional əməkdaşlığına, xüsusən TÜRKPA ilə əlaqələrin qurulmasına olan marağını ifadə etmişdir.

Tərəflər gələcəkdə əməkdaşlığın perspektiv sahələrinə fikir mübadiləsi aparmışdır.