Thursday, 29 September 2022, 15:01:01 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qırğızıstanın Xarici İşlər Naziri Baş katibi qəbul edib

27 noyabr 2020-ci ildə Qırğızıstan Respublikası Xarici İşlər Naziri Ruslan Kazakbayev Baş katib Altınbek Mamayusupovu qəbul edib.

Baş katib cənab Kazakbayevi Qırğızıstan Respublikası Xarici İşlər Naziri təyin edilməsi münasibətilə təbrik edib. O, TÜRKPA-nın fəaliyyəti və Türk əməkdaşlıq qurumları ilə qarşılıqlı fəaliyyətlərinə dair, xüsusən COVID-19 pandemiyası zamanı Assambleyanın həyata keçirdiyi işlər və onun gələcək tədbirləri barədə Nazirə məlumat vermişdir.

Öz növbəsində, Qırğızıstan Respublikasında cari vəziyyət və Konstitusiya islahatları haqqında məlumat verən Nazir ölkədə proseslərin Konstitusiyaya uyğun olaraq həyata keçdiyini qeyd etmişdir.

Həmçinin tərəflər 10 yanvar 2021-ci ildə Qırğızıstan Respublikasında keçiriləcək qarşıdan gələn prezident seçkilərinin müşahidəsində TÜRKPA seçki müşahidə missiyasının iştirakına dair fikir mübadiləsi aparmışdır.

Cənab Kazakbayev Assambleyanın fəaliyyətini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirmişdir.