Sunday, 22 May 2022, 23:45:30 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğızıstan Parlamentinin Sədri Baş katibi qəbul edib

24 noyabr 2020-ci ildə Joqorku Keneşin Sədri (Qırğızıstan Respublikası Prezidenti vəzifəsini icra edən) Talant Mamıtov Baş katib Altınbek Mamayusupovu qəbul edib.

Baş katib COVID-19 pandemiyası zamanı Katibliyin cari fəaliyyəti və gələcək tədbirlər haqqında məlumat verib. Cənab Mamayusupov Parlament Sədrinə 10 yanvar 2021-ci ildə Qazaxıstanda keçiriləcək qarşıdan gələn parlament seçkiləri haqqında da məlumat vermişdir.

Həmçinin tərəflər 10 yanvar 2021-ci ildə Qırğızıstanda keçiriləcək prezident seçkilərinin müşahidəsində TÜRKPA seçki müşahidə missiyasının iştirakını da müzakirə etmişdir.