Thursday, 29 September 2022, 14:25:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Dyula Nemetin 130 illiyinə həsr edilmiş videokonfransda iştirak edib

10 noyabr 2020-ci ildə Baş katib Altınbek Mamayusupov görkəmli türkoloq Dyula Nemetin 130 illiyinə həsr edilmiş “Macar türkologiyası” adlı videokonfransda iştirak edib.

Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilmiş tədbirə Macarıstan Parlamentinin Sədr müavini Şandor Lezsak, səfirlər və elm xadimləri qatılmışdır.

Cənab Mamayusupov Türk xalqlarının tarixinin tədqiqi, onların mədəni və mənəvi dəyərlərinin təşviqi və bu baxımdan Dyula Nemet irsinin mühüm rolunu vurğulamışdır. Baş katib Macarıstanın Türk institusional əməkdaşlığında müntəzəm və fəal iştirakını yüksək qiymətləndirərək, həmçinin Dyula Nemet irsinin hərtərəfli öyrənilməsi və təşviqinin Macarıstanla türkdilli ölkələrin əlaqələrinin gələcək inkişafına böyük töhfə verə biləcəyini qeyd etmişdir.

Çıxışı zamanı Baş katib qardaş Azərbaycan xalqını Dağlıq Qarabağda hərbi əməliyyatların uğurla başa çatması və ərazi bütövlüyünün təmin olunması münasibətilə təbrik edib.