Thursday, 29 September 2022, 15:19:19 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Macarıstan Səfiri Baş katibə nəzakət ziyarəti edib

30 oktyabr 2020-ci ildə Macarıstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Viktor Szederkenyi Baş katib Altınbek Mamayusupova nəzakət ziyarəti edib.

Cənab Szederkenyi Macarıstanın Milli Günü münasibətilə təbriki üçün Baş katibə təşəkkürünü bildirmişdir.

Baş katib pandemiya zamanı Assambleya tərəfindən görülən iş və onun gələcək fəaliyyətləri barədə Səfirə məlumat vermişdir. Cənab Mamayusupov Macarıstanla türkdilli ölkələr arasındakı yüksək səviyyəli ikitərəfli və çoxtərəfli əlaqələri qeyd edərək Macarıstan Parlamentinin müşahidəçi qismində TÜRKPA fəaliyyətlərində müntəzəm iştirakını yüksək qiymətləndirmişdir.

Tərəflər COVID-19 pandemiyası fonunda Macarıstanla üzv ölkələr arasındakı əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.