Sunday, 25 September 2022, 05:44:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Qırğızıstanın Müvəqqəti işlər vəkili ilə görüşüb

26 oktyabr 2020-ci il tarixində Baş katib Altınbek Mamayusupov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Müvəqqəti işlər vəkili cənab Muxamed Lou ilə görüşüb.

Baş katib COVID-19 pandemiyası zamanı Katibliyin fəaliyyətinə dair cənab Louya məlumat vermişdir.

Tərəflər Türk əməkdaşlığının perspektivləri və TÜRKPA çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdır.

Həmçinin TÜRKPA-nın komissiya katibi Kunduz Rustembekova görüşdə iştirak edib.