Sunday, 25 September 2022, 05:23:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Missiyası Qırğızıstan Respublikasında keçirilmiş parlament seçkilərini müşahidə edib

Üzv ölkələrdən olan millət vəkilləri, habelə TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 4 oktyabr 2020-ci ildə Qırğızıstan Respublikasında keçirilmiş parlament seçkilərini müşahidə etmişdir.

Seçki prosesinin bütün mərhələlərini izləyən Missiya Bişkek şəhərinin bir sıra seçki məntəqələrində müşahidəni həyata keçirmişdir. Müşahidəçilər seçicilər və məntəqə rəsmiləri, o cümlədən digər beynəlxalq müşahidəçilərlə söhbət etmişdir.