Sunday, 25 September 2022, 06:07:22 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA səhiyyə məsələləri üzrə parlament komitələri rəhbərlərinin iclasını təşkil edib

17 sentyabr 2020-ci ildə, TÜRKPA Türkiyə Böyük Millət Məclisinin dəstəyi ilə “COVID-19 pandemiyası: Təsiri və gələcəyə baxış” mövzusunda üzv parlamentlərin səhiyyə məsələləri üzrə komitə rəhbərlərinin videokonfrans formatında iclasını təşkil etmişdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan parlamentlərinin səhiyyə məsələləri üzrə komitələrinin sədrləri və üzvləri, habelə, TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib. Türkiyə Böyük Millət Məclisinin Səhiyyə, ailə, əmək və sosial məsələlər komitəsinin sədri cənab Recep Akdağ iclasa moderatorluq etmişdir.

Açılış mərasimində qeyd olunan komitələrin rəhbərləri, eləcə də TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov və Qırğızıstan Respublikasının Səhiyyə Nazirinin müavini cənab Nurbolot Usenbayev çıxış etmişdir. Açılış mərasimindən sonra komitələrin üzvləri əsas mövzu üzrə çıxış etmişdir.

İclas zamanı iştirakçılar COVID-19 pandemiyasının səhiyyə sistemləri və səhiyyə işçilərinə təsirini müzakirə etmiş və öz ölkələrində həyata keçirilmiş erkən mübarizə tədbirləri barədə məlumat vermişdir. Bununla əlaqədar olaraq onlar, həmçinin müvafiq istiqamətdə gələcək əməkdaşlığın prioritet sahələri, metod və mexanizmlərinə dair fikir mübadiləsi aparmışdır.