Sunday, 25 September 2022, 06:27:05 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Qazaxıstan Parlamenti Senatının Sədri Baş katibi qəbul edib

17 sentyabr 2020-ci ildə, Qazaxıstan Respublikası Parlamenti Senatının Sədri cənab Maulen Aşimbayev Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir.

Görüş zamanı tərəflər COVID-19 pandemiyası zamanı türkdilli ölkələr arasında qarşılıqlı fəaliyyət ilə bağlı məsələləri və TÜRKPA-nın bu istiqamətdə fəaliyyətlərini müzakirə etmişdir. Həmçinin, cənab Aşimbayev gənclər platformasının yaradılması və Gənc parlamentarilərin 2019-cu ildə Nur-Sultanda keçirilmiş birinci iclası daxil olmaqla Assambleyanın son təşəbbüslərini müsbət qiymətləndirmişdir.

Tərəflər, həmçinin türkdilli ölkələr arasında çoxtərəfli formatda parlamentlərarası əməkdaşlığın inkişafının əsas aspektlərinə dair fikir mübadiləsi aparmışdır.