Saturday, 24 September 2022, 21:17:57 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Bilgə Tonyukuk abidəsi üzrə onlayn məşvərət iclasında iştirak edib

Baş katibin müavini Ali Yıldız 10 sentyabr 2020-ci ildə, Bilgə Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş məşvərət iclasında iştirak etmişdir.

Videokonfrans UNESCO üzrə Türkiyə Milli Komissiyası tərəfindən təşkil edilmişdir. UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri cənab Öcal Oğuz, Türk əməkdaşlıq təşkilatlarının və Türkiyənin müvafiq nazirliklərinin nümayəndələri açılış mərasimində çıxış etmişdir. Həmçinin UNESCO Milli Komissiyaları nümayəndələri videokonfrans zamanı çıxış etmişdir.

İştirakçılar tərəfindən Bilgə Tonyukuk Abidəsinin cari vəziyyəti və bu mədəni irsin qorunması üzrə müzakirələr baş tutmuş, UNESCO dəyərləri baxımından abidə barəsində fikir mübadiləsi aparılmışdır.