Sunday, 25 September 2022, 06:48:57 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib ilə Qazaxıstan Parlamenti Məclisi Sədri arasında telefon danışığı baş tutmuşdur

27 iyul 2020-ci ildə, Baş katib Altınbek Mamayusupovun Qazaxıstan Parlamenti Məclisi Sədri cənab Nurlan Niqmatulin ilə telefon danışığı baş tutmuşdur.

Baş katib Parlament Məclisi Sədrinə COVID-19 pandemiyası zamanı Katibliyin cari fəaliyyəti və üzv ölkələrdəki vəziyyətlə bağlı məlumat vermişdir.

Həmçinin tərəflər Assambleyanın gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparmışdır.