Sunday, 25 September 2022, 06:22:40 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA parlamentlərin tədqiqat bölmələri rəhbərlərinin iclasını videokonfrans formatında təşkil etmişdir

29 may 2020-ci ildə TÜRKPA üzv parlamentlərin tədqiqat mərkəzləri və müvafiq bölmə rəhbərlərinin iclasını videokonfrans formatında təşkil etmişdir. İclasın mövzusu “Parlament tədqiqat bölmələrinin gücləndirilməsi” olmuşdur.

Üzv parlamentlərin tədqiqat bölmələri rəhbərləri və heyət üzvləri, beynəlxalq əlaqələr şöbələrinin, habelə TÜRKPA Katibliyinin nümayəndələri videokonfransda iştirak etmişdir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) Xarici Siyasət Şöbəsinin müdiri cənab Cavid Vəliyev iclasda moderator qismində iştirak etmişdir.

İclas açılış mərasimi və “Parlamentlər üçün parlament tədqiqatının əhəmiyyəti”, “Türkiyə Böyük Millət Məclisinin Tədqiqat Mərkəzinin təcrübəsi” və “Dünyada parlament tədqiqatına ümumi baxış: Üzv parlamentlərin tədqiqat bölmələri arasında əməkdaşlığın yaradılması üzrə təkliflər” mövzusunda üç sessiyadan ibarət olmuşdur. İclas zamanı iştirakçılar çıxışlar və təqdimatlar edərək parlament tədqiqatının əhəmiyyətini qeyd etmiş, öz müvafiq şöbələrinin fəaliyyətinə dair ətraflı məlumat vermiş, o cümlədən, gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışdır. Sessiyaların sonunda sual-cavab hissəsi baş tutmuş və iştirakçılar tərəfindən mövzularla bağlı müzakirələr aparılmışdır.