Saturday, 24 September 2022, 20:40:03 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Bilgə Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş videokonfransda iştirak edib

24 aprel 2020-ci ildə, Baş katib Altınbek Mamayusupov UNESCO çətiri altında Bilgə Tonyukuk abidəsinin 1300 illiyinə və “Tonyukuk ilinin” rəsmi açılışına həsr edilmiş, Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunmuş beynəlxalq onlayn videokonfransda çıxış etmişdir.

Konfransın mövzusu “Böyük Çöl sivilizasiyası: Tonyukuk irsi və çağdaş Türk Dünyası” olmuşdur. Beynəlxalq təşkilatlar və elmi dairələrin nümayəndələri videokonfransda iştirak etmişdir.

Çıxışı zamanı Baş katib yaxında Türk Şurası Dövlət Başçılarının videokonfrans vasitəsilə baş tutmuş fövqəladə Zirvə görüşünün xalqlarımızın birliyini və həmrəyliyini nümayiş etdirdiyini bildirmişdir. Cənab Mamayusupov Böyük Çöl sivilizasiyasının dünya mədəniyyəti və elminə verdiyi böyük töhfələri qeyd edərək UNESCO tərəfindən Türk dünyasının tarixi hadisələri və görkəmli şəxsiyyətlərinin ildönümlərinin qeyd olunmasının bu töhfələrin sübutu olduğunu vurğulamışdır. Baş katib Bilgə Tonyukuk abidəsini türk xalqlarının tarixi, yazı mədəniyyəti və ədəbi üslublarının öyrənilməsində qiymətli mənbə kimi dəyərləndirmişdir. Bu baxımdan müxtəlif regionlardan olan alimlərin elmi araşdırmalarının əlaqələndirilməsində Türk Akademiyasının fəaliyyətlərini yüksək qiymətləndirən cənab Mamayusupov bütün türkoloqları Türk Dünyası irsinin hərtərəfli öyrənilməsini davam etməyə çağırmışdır.