Sunday, 25 September 2022, 06:21:06 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib KOBİA İdarə Heyətinin sədri ilə görüşmüşdür

3 mart 2020-ci ildə Baş katib Altınbek Mamayusupov Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov ilə görüşmüşdür.

Baş katib Assambleyanın strukturu, məqsədləri, cari və gələcək fəaliyyətləri barədə cənab Məmmədova məlumat vermişdir. Agentlik ərəfindən görülmüş işləri yüksək qiymətləndirən cənab Mamayusupov, o cümlədən, TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti və onun 2020-ci ilin may ayında Qazaxıstanda keçirilməsi nəzərdə tutulan qarşıdan gələn səkkizinci iclası barədə qısa məlumat vermişdir.

Sədr Agentlik çərçivəsində görülən işlər barədə məlumat vermiş və Komissiya çərçivəsində birgə işə hazır olduqlarını bildirmişdir.

Tərəflər gələcək əməkdaşlıq perspektivləri və mümkün birgə fəaliyyətlər barədə fikir mübadiləsi aparmışdır.

Həmçinin İqtisadi Əməkdaşlıq Komissiyasının katibi Kanatbek Kurmanbekov görüşdə iştirak etmişdir.