Saturday, 24 September 2022, 21:25:55 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA müşahidəçiləri mətbuat konfransında müşahidənin nəticələrini təqdim etmişdir

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda erkən parlament seçkilərinin müşahidəsinin nəticələrinə dair mətbuat konfransı keçirmişdir. Missiya rəhbəri cənab İsmet Uçma bəyanatı təqdim etmiş və Azərbaycan mətbuat nümayəndələrinə TÜRKPA-nın müşahidə proqramı barədə məlumat vermişdir. Missiya üzvləri cənab Berik Ospanov, xanım Dinar Nuketayeva və cənab Ziyadin Jamaldinov Azərbaycanda seçki prosesi və seçki mühiti haqqında fikirlərini bölüşmüşdür.

Missiya ciddi pozuntu və hüquqi çərçivədən yayınma hallarını müşahidə etmədiyini, müvafiq orqanların maddi-texniki cəhətdən yaxşı təmin edildiyi və seçkilərin keçirilməsinə peşəkar hazırlaşdığını qeyd etmişdir.

Missiya 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasında baş tutmuş parlament seçkilərinin ölkənin milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.