Sunday, 25 September 2022, 05:21:11 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə etmişdir

Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri, eləcə də TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA beynəlxalq müşahidəçilər missiyası 9 fevral 2020-ci ildə Azərbaycanda keçirilmiş erkən parlament seçkilərini müşahidə etmişdir.

Seçki günü missiya üzvləri Mərkəzi Seçki Komissiyasının sədri cənab Məzahir Pənahov ilə görüşmüşdür. Cənab Pəhanov missiyaya hazırlıq prosesinin texniki və logistik məsələləri ilə bağlı məlumat vermiş və müşahidəçilərin suallarını cavablandırmışdır. Öz növbəsində, missiya üzvləri uğurlar arzulamış və seçkilərin ədalətli, sərbəst və şəffaf şəkildə keçiriləcəyinə olan inamlarını ifadə etmişdir.

Missiya ölkə daxilində fərqli bölgələrdə - Bakı, habelə Şamaxı və Qobustanda bir sıra seçki məntəqələrində səsvermə prosesini müşahidə etmişdir. Seçki məntəqələrinə ziyarət zamanı müşahidəçilər səsverməni izləmiş, yerlərdə seçicilər, məntəqə rəsmiləri, o cümlədən, digər beynəlxalq müşahidəçilərlə söhbət etmişdir. Həmçinin onlar Qobustan Rayon İcra Hakimiyyəti başçısı cənab Adil Məmmədov ilə görüşmüşdür.

Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən ümumi seçici fəallığı 47,81% təşkil etmişdir.

Müşahidə proqramı çərçivəsində missiya üzvləri yerli KİV-ə müsahibələr vermişdir.