Sunday, 25 September 2022, 04:59:30 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Qırğızıstan Xarici İşlәr Naziri ilә görüşüb

Baş katib Altınbek Mamayusupov 5 fevral 2020-ci ildə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının Növbədənkənar İclasında iştirak etmək üçün Bakıda səfərdə olan Qırğızıstan Respublikası Xarici İşlər Naziri cənab Çingiz Aydarbekov ilə görüşmüşdür.

Baş katib Nazirə Assambleyanın cari və gələcək fəaliyyətləri barədə məlumat vermişdir. Cənab Aydarbekov parlamentlərarası əməkdaşlığın önəmini və bu baxımdan türkdilli ölkələr arasında əməkdaşlığın gecləndirilməsində TÜRKPA-nın rolunu qeyd etmiş və təşkilatın fəaliyyətlərinə dəstək verməyə hazır olduqlarını ifadə etmişdir.

Tərəflər 2019-cu ilin dekabr ayında Bakıda keçirilmiş 9-cu Plenar İclasın nəticələri, üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafı haqqında fikir mübadiləsi aparmış, Avrasiya regionunda fəaliyyət göstərən digər təşkilatlarla əlaqələrin gücləndirilməsi imkanlarını müzakirə etmişdir.