Sunday, 25 September 2022, 05:53:36 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Türk Akademiyasının tədbirlərində iştirak edib

Baş katib Altınbek Mamayusupov 30 yanvar 2020-ci ildə Beynəlxalq Türk Akademiyasının Bakıda keçirilmiş Elmi Şurasının üçüncü iclasında çıxış etmişdir. İclas təhsil nazirləri və nazir müavinlərini, beynəlxalq təşkilatların və elmi dairələrin nümayəndələrini bir araya gətirmişdir.

Çıxışı zamanı Baş katib Türk tarixi və mədəniyyəti üzrə elmi tədqiqatın aparılması, eləcə də ortaq Türk dəyərlərinin dünyada təşviqi istiqamətində Türk Akademiyası tərəfindən həyata keçirilən fəaliyyətlərin önəmini vurğulamışdır. Cənab Mamayusupov iki təşkilat arasında mövcud sıx əməkdaşlığın gələcəkdə daha məhsuldar olacağından əminliyini ifadə etmişdir.

Sədrliyin uğurla başa çatmasından sonra Qırğızıstan tərəfi onu Azərbaycan Respublikası Təhsil Nazirliyinə təhvil vermişdir.

Eyni gündə, Baş katib Beynəlxalq Türk Akademiyası tərəfindən Bakı Dövlət Universitetində təşkil edilmiş "Abay İli"nin rəsmi açılış mərasimində çıxış etmişdir.

Cənab Mamayusupov Abay yaradıcılığının qazax yazılı ədəbiyyatında və Türk dünyasının tanınmasında rolunu vurğulamışdır. O, Türk dünyasının görkəmli şəxsiyyətlərinin yaradıcılığının təşviqinin əhəmiyyətini vurğulamış və böyük mütəfəkkirin 175-ci ildönümü münasibətilə TÜRKPA-nın birgə təşkilatçılığı ilə təşkil edilməsi nəzərdə tutulan gələcək tədbirlər haqqında məlumat vermişdir.