Sunday, 25 September 2022, 06:07:51 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Katibliyi Özbəkistanda seçkiləri müşahidə edib

Baş katib Altınbek Mamayusupovun rəhbərliyi ilə Baş katibin müavinlərindən ibarət TÜRKPA Katibliyinin nümayəndə heyəti Özbəkistanda parlament seçkilərinin qısamüddətli müşahidəsi üçün Daşkənd şəhərinə səfər etmişdir.

20-21 dekabr 2019-cu il tarixlərində nümayəndə heyəti Mərkəzi Seçki Komissiyası və Şəhər Seçki Komissiyasında görüşlər keçirmiş, onlara ölkənin seçki sistemi və seçki administrasiyasında islahatlar barədə ətraflı məlumat verilmişdir. Mərkəzi Seçki Komissiyası və Şəhər Seçki Komissiyasının rəsmiləri həmçinin, ilk dəfə parlament seçkiləri ilə yanaşı Şəhər və Rayon (Tuman) Şuralarına baş tutan seçkilər haqqında məlumat vermişdir.

Seçki günü - 22 dekabr tarixində TÜRKPA nümayəndələri Daşkəndin müxtəlif mərkəzi rayonlarında 15 seçki məntəqəsini ziyarət etmişdir. Müşahidə zamanı nümayəndə heyəti səsvermə prosesinin bütün mərhələlərini izləmiş, eləcə də bir seçki məntəqəsində səslərin sayılmasını müşahidə etmişdir.

Müşahidə proqramı çərçivəsində TÜRKPA nümayəndələri yerli KİV-ə müsahibələr vermişdir.