Sunday, 25 September 2022, 05:22:34 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Parlament nümayəndə heyətləri rəhbərləri TÜRKPA-nın Plenar İclasını qiymətləndirmişdir

TÜRKPA-nın 9-cu Plenar İclasından sonra parlament nümayəndə heyətləri rəhbərlərinin iştirak etdiyi mətbuat brifinqi keçirilmişdir.

Parlament sədrləri 9-cu Plenar İclasın nəticələrini müsbət qiymətləndirmiş və türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında parlament diplomatiyasının önəmli rolunu vurğulamışdır. TÜRKPA-nın bu proseslərdə xüsusi rolunu qeyd edən parlament sədrləri TÜRKPA çərçivəsində əməkdaşlığın gələcək inkişafına əminliklərini ifadə etmişdir.