Sunday, 25 September 2022, 05:57:15 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilmişdir

TÜRKPA-nın Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının növbədənkənar iclası TÜRKPA-nın 9-cu Plenar İclası çərçivəsində 18 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisində keçirilmişdir.

Komissiya sədri və Türkiyə Böyük Millət Məclisinin üzvü cənab İsmet Uçmanın sədrliyi ilə keçirilmiş iclasda üzv ölkələrdən millət vəkilləri iştirak etmişdir.

Komissiya 9-cu Plenar İclasa təqdim edilməsi üçün Reqlament, Katibliyin Əsasnaməsi kimi yenidən işlənmiş hüquqi sənədləri, eləcə də TÜRKPA-nın Seçki Müşahidəsinin Əsasnaməsi və Qeyri-maddi mədəni irsinin qorunması və Turizmə dair iki model qanun layihəsini müzakirə edərək təsdiq etmişdir.