Sunday, 25 September 2022, 05:49:00 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib TÜRKSOY Daimi Şurasının iclasında iştirak edib

Baş katib Altınbek Mamayusupov 29-30 noyabr 2019-cu ildə Qırğızıstanın Oş şəhərində keçirilmiş TÜRKSOY Daimi Şurasının 37-ci iclası və "Oş - Türk dünyasının mədəniyyət paytaxtı 2019" bağlanış mərasimində iştirak etmişdir.

Üzv ölkələrdən olan Mədəniyyət Nazirləri və nazir müavinlərinin iştirakı ilə keçirilmiş iclas beynəlxalq təşkilatlar və elmi dairələrin nümayəndələri, eləcə də Türk dünyasının müxtəlif regionlarından olan qonaqları bir araya gətirmişdir.

Açılış mərasimindən sonra gündəlik maddələrinin müzakirəsinə keçilmişdir. Tədbir Daimi Şura tərəfindən verilmiş bir neçə mühüm qərarla əlamətdar olmuş və yekun bəyannamənin imzalanması ilə başa çatmışdır. Özbəkistanın Xivə şəhəri 2020-ci il Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. 2020-ci il isə 175-ci ildönümü münasibətilə görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayev ili elan olunmuşdur.

Eyni gündə, həmçinin "Oş - Türk dünyasının mədəniyyət paytaxtı 2019" rəsmi bağlanış mərasimi baş tutmuşdur.