Sunday, 25 September 2022, 06:40:20 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA Qazaxıstanda keçirilmiş beynəlxalq konfransda iştirak edib

Baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti 27 noyabr 2019-cu il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən və Qazaxıstan Respublikasının Birinci Prezidenti Gününə həsr edilmiş "Prezident İnstitutu: Qazaxıstan modeli" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmişdir.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin açılış mərasimində çıxış etmişdir. Qazaxıstanın Prezident İnstitutunun rəsmi tətbiqinin 30-cu ildönümünü qeyd edəcəyini bildirən Sədr davamlı iqtisadi artım, ədalətli sosial siyasət və cəmiyyətin demokratikləşməsi ilə nəticələnən ölkənin Birinci Prezidenti Nursultan Nazarbayevin rəhbərliyi ilə həyata keçirilmiş böyükmiqyaslı islahatları vurğulamışdır. Cənab Niqmatulin Elbasının strateji kursunun davamı olaraq hazırkı Prezident Kasım-Jomart Tokayevin ölkənin gələcək uğurlu inkişafını təmin etdiyini bildirmişdir.

Öz çıxışında türkdilli ölkələr arasında əməkdaşlığın institutlaşması prosesinə Elbasının töhfəsini vurğulayan Baş katib Assambleyanın işində Qazaxıstan Parlamentinin fəal iştirakını qeyd etmişdir.

TÜRKPA üzv ölkələri, eləcə də digər ölkələrdən olan parlamentarilər, o cümlədən, beynəlxalq təşkilatların nümayəndələri konfransda iştirak etmişdir.

Həmçinin TÜRKPA-nın Komissiya katibi Saida Armina tədbirdə iştirak etmişdir.