Sunday, 25 September 2022, 06:50:19 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Baltik Dənizi Parlament Konfransı nümayəndə heyəti ilə görüşüb

QDİƏT PA Baş Məclisinin 54-cü Plenar İclası çərçivəsində Baş katib Altınbek Mamayusupov 20 noyabr 2019-cu il tarixində Baltik Dənizi Parlament Konfransı (BDPK) Baş katibi cənab Bodo Bahr və Litva Respublikası Parlamentinin İnsan Hüquqları Komitəsinin Sədri cənab Valerijus Simulikdən ibarət BDPK nümayəndə heyəti ilə görüşmüşdür.

Tərəflər əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmış və qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmişdir.