Sunday, 25 September 2022, 05:33:14 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib QDİƏT PA Plenar İclasında iştirak edib

20-21 noyabr 2019-cu il tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçirilən QDİƏT PA Baş Assambleyasının 54-cü Plenar İclasında müşahidəçi qismində iştirak edən Baş katib Altınbek Mamayusupov tədbirdə çıxış etmişdir.

Çıxışı zamanı Baş katib Assambleyanın fəaliyyətləri və 2018-ci ildə 8-ci Plenar İclas zamanı qəbul edilmiş TÜRKPA Strateji sənədində əks olunmuş prioritet istiqamətlər barədə məlumat vermişdir. QDİƏT PA-nın TÜRKPA-da müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət etdiyini qeyd edən cənab Mamayusupov məsələnin 18 dekabr 2019-cu ildə TÜRKPA-nın Bakıda keçiriləcək qarşıdan gələn 9-cu Plenar İclasının gündəliyinə daxil ediləcəyini bildirmişdir.

Plenar İclas parlament nümayəndə heyətləri, müşahidəçi təşkilatlar və ölkələr, eləcə də qonaq qurumları bir araya gətirmişdir.

Tədbir çərçivəsində cənab Mamayusupov QDİƏT PA Baş katibi cənab Asəf Hacıyev və tədbirdə iştirak edən nümayəndə heyətləri üzvləri ilə görüşmüşdür.

Həmçinin TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının katibi Kanatbek Kurmanbekov tədbirdə iştirak etmişdir.