Sunday, 25 September 2022, 06:23:48 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

TÜRKPA-nın Fəaliyyətdə olan Sədri Baş katibi qəbul edib

1 noyabr 2019-cu il tarixində, Türkiyə Böyük Millət Məclisinin Spikeri və TÜRKPA-nın Fəaliyyətdə olan Sədri cənab Mustafa Şentop Baş katib Altınbek Mamayusupovu qəbul etmişdir.

Tərəflər TÜRKPA-nın Bakıda keçiriləcək qarşıdan gələn 9-cu Plenar İclasına hazırlıqları müzakirə etmiş və üzv ölkələr arasında əməkdaşlığın gələcək inkişafı haqqında fikir mübadiləsi aparmışdır.