Saturday, 24 September 2022, 19:40:34 — Baku (UTC+4)
Türk Dövlətləri Parlament Assambleyası

Baş katib Diasporla İş üzrə Dövlət Komitəsində olub

8 aprel 2019-cu ildə, TÜRKPA baş katibi Altınbek Mamayusupov Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ilə görüşmüşdür.

Görüş zamanı baş katib Azərbaycanın diaspor məsələlərində uğurlu siyasət apardığını qeyd edərək gələcəkdə birgə tədbirlər üzrə əməkdaşlıq etməyin əhəmiyyətini qeyd etmişdir. O, xaricdə yaşayan türkdilli xalqları bir araya gətirə biləcək platforma haqqında danışmışdır.

Həmçinin sədr müavini türkdilli ölkələrin birgə fəaliyyətinin əhəmiyyətindən söz açmışdır. O, diaspor məsələləri üzrə səmərəliliyin artırılması üçün ölkələrin səylərinin daha çox birləşdirilməsi ehtiyacını qeyd etmişdir.

Həmçinin tərəflər gələcək əməkdaşlıq imkanları və birgə fəaliyyət üzrə fikir mübadiləsi aparmışdır.